Konservatoriyada 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş solo konsert keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi Xalq çalğı alətləri kafedrasının müəllimi, Prezident mükafatçısı Sərxan Abdullaevin 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş solo konserti baş tutub.

Fakültənin müəllimlərinin müşayiət etdiyi konsert universitetin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb. Konsertdə Azərbaycan bəstəkarları - C.Cahangirov, E.Mansurov, S. Rüstəmov  və digər bəstəkarların mahnıları səsləndirilib.

Sonda Azərbaycan Respublikasının Əməkdar artistləri- Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov və gənc vokalçı İlkin Abdullayevin ifasında “Azərbaycan” mahnısı dinləyicilərə təqdim olunub.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: