Koronavirus pandemiyası dövründə 5G texnologiyasının perspektivləri və tətbiq sahələri ilə bağlı tədqiqatların genişləndirilməsi vacibdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov söyləyib. O, mövzunun müasir dövrümüzdə böyük aktuallıq kəsb etdiyini bildirib.
İclasda 5G texnologiyasının təhlükə mənbəyi olub-olmaması, immun sisteminin zəifləməsinin əsas səbəbkarı hesab edilən elektromaqnit şüalanması və bu şüalanmanı yaradan 5G antenalar haqqında məlumat verilib.