IV qrant müsabiqəsində qalib olan məktəb və müəllimlərin layihələrinin təqdimatı oldu - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində muxtar respublikadan qalib olan 2 məktəb və 3 müəllimin layihəsinin təqdimatı keçirilib.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədov bildirib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2017-ci ildən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Bu il artıq dördüncü dəfə keçirilən müsabiqədə ilk dəfə olaraq muxtar respublika ümumtəhsil məktəbləri də iştirak edib.  İlk dəfə müsabiqədə iştirak etməsinə baxmayaraq ümumtəhsil müəssisələri kateqoriyası üzrə 2, fərdi kateqoriya üzrə isə 3 olmaqla ümumilikdə 5 layihə qalib olub.

Təhsil naziri bildirib ki, muxtar respublika ümumtəhsil müəssisələri üzrə qəbul edilən layihələr yeni tədris ilindən həyata keçiriləcək və 3-12 ay müddətində icra ediləcək. Həmçinin, nazir layihələrin vaxtında icra edilməsinə, ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə ciddi nəzarət olunacağını bildirib.

Sonra qaliblər öz layihələri barədə məlumat veriblər.

Sonda qaliblər plaket və hədiyyələrlə mükafatlandırılıb.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: