AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda elmi-praktiki seminar keçirilib - FOTOLAR
Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, elmi-praktiki seminar görkəmli ərəb dilçisi Əbul-Qasim Əbdur-Rəhman bin İshaq əz-Zəccacinin elmi yaradıcılığına həsr olunub.
Tədbirdə fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov Əbul-Qasim Əbdur-Rəhman bin İshaq əz-Zəccacinin həyatı, mühiti və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Sonra fondun elmi işçisi Kübra Vəliyeva “Görkəmli ərəb dilçisi Əbul-Qasim Əbdur-Rəhman bin İshaq əz-Zəccaci və onun elmi yaradıcıllığı” mövzusunda məruzə ilə çıxış edib. O, dilçi alimin əsərlərində ərəb qrammatikasının bir sıra məsələlərinə aydınlıq gətirib və müəyyən orijinal elmi mülahizələri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.