2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 185 699 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulur.