Buraxılış imtahanları protokollarının və cavab vərəqlərinin emalına başlanılıb

490

İyulun 2-də və 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş (DİM) ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları protokollarının və cavab vərəqlərinin emalına başlanılıb.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanları və Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanının nəticələri yaxın 5 gün ərzində elan olunacaq.

11-ci sinif buraxılış imtahanlarında (o cümlədən Naxçıvan MR-də keçirilən əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və kolleclərə qəbul imtahanı) istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: