Almaniyalı pianoçu Veronika Glemser NDU-nun tələbələrinə ustad dərsi keçib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universiteti və Almaniyanın Brandenburq Universiteti Konservatoriyalarının birgə təşkilatçılığı ilə baş tutan ustad dərsini  Brandenburq Universiteti konservatoriyasının professoru, pianoçu Veronika Glemser keçib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Vyana klassiklərinin əsərlərinin müxtəlif interpretasiyaları” mövzusundakı dərsdə universitetin rektoru Elbrus İsayev qonağı salamlayıb və ustad dərslərin keçirilməsinin nəzəri və təcrübi əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, fakültədə yaradılacaq elektron filarmoniya gələcəkdə bu cür onlayn tədbirlərin keçirilməsində faydalı olacaq. 

Sonra almaniyalı professor Y. Hayd, W. A.Motsart və L. Bethovenin bir neçə sonatasının nümunəsində ştrixlər, nünslar, temp, eyni zamanda obraz üzərində çalışmaq qaydalarını izah edib. Almaniyalı pianoçu vurğulayıb ki, bütün bəstəkarların yaradıcılığında olduğu kimi Vyana klassiklərinin də əsərlərində sadalanan hər bir ifadə vasitəsi əsərin xarakterinə görə müxtəlif şəkildə ifa olunur.

Müəllim və tələbələrin sualları cavablandırıldıqdan sonra Fortepiano kafedrasının müəllimi Ülvi Əhmədov tələbəsi Səxavət Rəhimovla birgə Tofiq Quliyevin “Qaytağı” musiqisini ifa ediblər. Pianoçu Veronika Glemser və tədbir iştirakçıları görkəmli bəstəkarın əsərinin yüksək peşəkarlıqla ifasını yüksək zövq və həvəslə dinləyiblər.

Qeyd edək ki, ustad dərsində alman dilindən tərcüməni Naxçıvan Dövlət Universitetinin məzunu, Brandenburq universitetin tələbəsi Gülər Nuri  edib.

                                                                  Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: