Keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılır

A- A A+

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iyun ayı  ərzində ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb, ehtiyat kadrlar siyahısında olan 1 nəfər işlə təmin olunub.

Həmçinin Ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilib. Ötən ay AMEA Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test mərhələsi baş tutub. Müsabiqəyə 27 vakant vəzifə çıxarılıb, keçirilmiş test imtahanlarında 12 namizəd iştirak edib, 7 nəfər keçid balını toplayıb. Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə işə qəbul üçün keçirilmiş test imtahanlarında 150 namizəd iştirak edib və onlardan 130-u müvafiq keçid balını toplayıbdır. Keçid balını toplamış namizədlərin sənədləri işə təyinat üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilib.

İyun ayında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant sektor müdiri vəzifələrinin tutulması üçün 2 nəfərin iştirakı ilə test imtahanı keçirilib.

Komissiya tərəfindən 18 sentyabr 2019-cu il tarixdə elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan 59 nəfərin iştirakı ilə 12 iyun 2020-ci il tarixdə Dövlət Bayrağı Muzeyində təntənəli andiçmə mərasimi olub.

Ay ərzində Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində və müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu davam etdirilib. Keçirilən tədbirlər və test imtahanlarında sosial məsafə qorunub, tibbi maskalardan istifadə olunub və digər sanitar-gigiyenik tələblərə əməl edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: