Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Duz Muzeyində olub - FOTOLAR

A- A A+

NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyevanın NUHÇIXAN-a verdiyi məlumata görə, Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Duz Muzeyini ziyarət edib.  Yeni yaradılan bu  muzeydə ziyarətçilərə məlumat verilib ki, belə bir muzeyin yaradılması Naxçıvanı nəinki Cənubi Qafqazda, ümumilikdə, postsovet məkanında nadir ünvanlardan birinə çevrilməsində əhəmiyyətli rol oynayır. Naxçıvan Duz Muzeyinin yaradılması həm də Naxçıvanın təbliği baxımından önəmlidir. Burda Naxçıvanda istehsal olunan duz sənayesinin tarixi ilə yanaşı Naxçıvanın qədim şəhərsalma, Duzdağ  mədəniyyəti, sənətkarlığı da təbliğ olunur. Naxçıvan duzunun istehsalı həm də bu yerin Nuh peyğəmbərlə bağlı olduğunu bir daha sübut edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: