Alimlər qocalma prosesinin başlıca mexanizmlərini müəyyənləşdiriblər

A- A A+

Eyni genetik materiala malik hüceyrələrin eyni mühitdə qocalması iki müxtəlif yolla baş verə bilər. Müvafiq tədqiqatın nəticələri “Phys.org” portalında qeyd olunub.

NUHÇIXAN İnformasiya Agentliyi RİA Novosti saytına istinadla xəbər verir ki, Kaliforniya Universitetinin (San-Diyeqo, ABŞ) molekulyar bioloqları və biomühəndislər çörək mayasında (Saccharomyces cerevisiae) hüceyrə proseslərini tədqiq ediblər. Alimlər mikrohidrodinamikanın və kompüter modelləşdirilməsinin köməyilə müəyyən ediblər ki, təqribən hüceyrələrin yarısı nüvədə (nüvə DNT-də, burada zülalların sintezi üçün əsas komponentlərin formalaşması baş verir) sabitliyin tədricən azalması nəticəsində qocalır. Hüceyrələrin digər yarısında isə mitoxondrilərdə disfunksiya baş verir.

Məlum olub ki, qocalmanın iki yolundan biri erkən yaşda müəyyən olunur və hüceyrələr ömür boyunca bu yolla gedirlər. Lakin tədqiqatçılar kompüter modelləşdirməsinin köməyilə əsas molekulyar sxemi dəyişdirə biliblər. Onlar hüceyrə DNT-ni modifikasiya edərək uzun ömürlü qocalma yolu yaradıblar.

Mütəxəssislər bu cür tədqiqatları digər hüceyrələrdə və orqanizmlərdə, o cümlədən insan toxumasında davam etdirmək fikrindədirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: