Naxçıvanda məktəblərin buraxılış imtahanlarının nəticələri yüksəkdir

A- A A+

Naxçıvanda ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Hərbi Liseylə birlikdə bu il məktəbləri  bitirən 3017 məzundan ümumilikdə 2521-i müxtəlif ali və ali hərbi məktəblərə qəbul üçün sənəd verib.  Bu da məktəbi bitirənlərin 83.6 faizini təşkil edir. Muxtar respublikanın ümumtəhsil məktəblərindən ümumi orta təhsil bazasından 1185, tam orta təhsil bazası üzrə isə 328 olmaqla, ümumilikdə 1513 məzun orta ixtisas məktəblərinə qəbul üçün sənəd verib.

Qeyd edək ki, 21 iyun 2018-ci ildə Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində IX-XI siniflərin buraxılış imtahanları keçirilib. X sinfin buraxılış imtahanlarında müvəffəqiyyət göstəriciləri Ana dili fənni üzrə 98.7 faiz, riyaziyyat fənni üzrə 92.9 faiz təşkil edib. XI sinif üzrə buraxılış imtahanlarında müvəffəqiyyət göstəriciləri ana dili fənni üzrə 88.4 faiz, riyaziyyat fənni üzrə 88.9 faiz, xarici dil fənni üzrə 82.6 faiz təşkil edib. Ötən illə müqayisədə buraxılış imtahanlarında XI siniflər üzrə riyaziyyat və xarici dil fənnindən əldə olunan müvəffəqiyyət göstəricilərində yüksək nailiyyətlər əldə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: