NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalənin müəllifi Naxçıvan Dövlət Universiteti "Pedaqogika və psixologiya" kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Taleh Xəlilovdur."РАЗВИТИЕ Ш0КОЛ И ПЕДАГОГИЧЕСКОЙ МЫСЛИ В НАХЧЫВАНЕ В ХІХ-ХХ ВЕКАХ" (XIX-XX əsrlərdə Naxçıvanda məktəb və pedoqoji fikrin inkişafı) adlı elmi məqalə Qazaxıstan Respublikasının Əl Fərabi adına Qazax Milli Universitetinin yüksək impakt faktorlu “Xabarşı” (“ХАБАРШЫ”) jurnalında dərc olunub.
Məqalədə XIX-XX əsrlərdə Naxçıvanda məktəb və pedaqoji fikrin inkişaf tarixi arxiv materialları əsasında araşdırılıb, maarif və mədəniyyətin inkişafında xidmətləri olan Qori və İrəvan Müəllimlər Seminariyasının görkəmli naxçıvanlı məzunlarının maarifçilik fəaliyyəti tədqiq edilib. Həmçinin, maarifpərvər ziyalı və görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin açdığı “Əxtər” (“Ulduz”) və “Məktəbi-tərbiyə” ana dilli məktəblərini və Naxçıvan bölgəsində fəaliyyət göstərən digər dünyəvi məktəbləri, təlimin ana dilində aparılması sahəsində görülən işləri, müəllim kadrlarının hazırlığı, qadın təhsilinin ümumi vəziyyəti və problemləri haqqında ətraflı məlumat verilib.
Səadət Əliyeva