Görkəmli siyasi xadim Əlimərdan bəy Topçubaşovun məqalələr toplusunun təqdimatı olub - FOTOLAR

A- A A+

İyulun 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli siyasi xadim Əlimərdan bəy Topçubaşovun məqalələr toplusunun təqdimat mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirin Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi ilə bağlı Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb. O, Sərəncama əsasən, Şərqdə ilk parlamentli respublikanın – AXC-nin yaradılmasının 100 illik yubileyi ilə bağlı AMEA-da təşkil edilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Əlimərdan bəy Topçubaşovun məqalələr toplusunun təqdimatı da belə tədbirlərdən biridir. İ.Həbibbəyli bildirib ki, təqdim olunan məqalələr toplusunu Azərbaycanın Macarıstandakı səfiri, filologiya üzrə fəlsəfə doktoru Vilayət Quliyev doğma dilimizə tərcümə edib və müqəddimə yazıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli səfir V.Quliyevi Azərbaycan Xalq Cümhuriyyəti dövrünün fədakar tədqiqatçısı adlandırıb. O, Ədəbiyyat İnstitutunun yetirməsi olan V.Quliyevin Cümhuriyyətlə bağlı araşdırmalarının elmi faktlarla zəngin olduğunu söyləyib.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov isə V.Quliyevin arxiv materiallarını sistemli şəkildə oxuculara çatdırdığını qeyd edib. Akademik bildirib ki, V.Quliyev tədqiqatlarında həmişə nəzəriyyə ilə arxiv materiallarını vəhdətdə verə bilib.

Professor Tehran Əlişanoğlu və digər çıxış edənlər V.Quliyevin sözün düzünü deyən tənqidçi olmasından, eləcə də diplomatik fəaliyyətindən danışıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: