Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq

A- A A+

Alternativ mənbələrdən, o cümlədən qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

İş 2020-ci ilin avqust–oktyabr aylarında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC və yerli icra hakimiyyəti orqanları tərəfindən icra olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: