“Ərəbdilli əlyazma və çap kitablarının kataloqu” çap olunacaq

A- A A+

AMEA-nın Naxçıvan Bölməsininn Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu fikir nəşrlə bağlı Bölmənin Əlyazmalar Fondunda  keçirilən iclasda səsləndirilib.

İclasda fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov elmi müəssisədə saxlanılan ərəbdilli əlyazma və çap kitabları, onların müəllifləri haqqında  ətraflı məlumat verib.

Daha sonra Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov və elmi işçi Kübra Vəliyeva kataloqun quruluşu, elmi təsviri, eyni zamanda ərəbdilli əlyazma və çap kitablarının məzmununa dair müəyyən məlumatları diqqətə çatdırıb.

Qeyd edək ki, Əlyazmalar Fondunda mühafizə olunan əlyazma və qədim çap kitablarının kataloqunun nəşrə hazırlanması ilə əlaqədar “Farsdilli əlyazma və əski çap kitablarının kataloqu” 2018-ci ildə nəşr olunub. “Türkdilli əlyazma və çap kitabları kataloqu” isə hazırlanaraq nəşrə təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: