AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının məqaləsi Türkiyədə nəşr olunub

A- A A+

AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Ənvər İbrahimov və Bitki sistematikası şöbəsinin böyük elmi işçisi Həmidə Seyidovanın “Naxçıvan Muxtar Respublikası florasında Paxlakimilər fəsiləsinin məhv olma təhlükəsində olan növləri” adlı məqaləsi Türkiyə Cümhuriyyətinin Qafqaz Universitetinin Təbiət və Tətbiqi Elmləri İnstitutunun jurnalında dərc olunub.

Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, məqalədə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası ərazisində 2014-2018-ci illərdə aparılan araşdırmalar nəticəsində Paxlalılar fəsiləsinin endemik növləri aşkar olunub. Ümumiyyətlə, muxtar respublika ərazisində Paxlalılar fəsiləsinin 46 cinsə aid 258 növü yayılıb. Bunlardan 15 növü Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilib, 9 növ isə endemikdir.

Məqalədə Paxlalılar fəsiləsinə daxil olan nadir və məhv olma təhlükəsi altında olan növlərin yayılma zonaları, məhv olma səbəbləri, xəritələri tərtib edilib, həmçinin mühafizə yolları göstərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: