Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün 1500-dən çox namizəd ərizə verib

A- A A+

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 5-də keçiriləcək rezidenturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün 1525 namizəd ərizə verib.

Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, onlardan 1346 nəfər Azərbaycan, 179 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 539 nəfəri oğlan, 986 nəfəri isə qızdır. Namizədlərdən 447-si cari ilin, 1078-i isə əvvəlki illərin məzunudur, 13 nəfər xarici ölkə vətəndaşıdır.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək. İmtahan iştirakçılarının imtahan keçiriləcək yerə (binaya) gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək. Ehtiyac yaranarsa, rayondan Bakıya gələn imtahan iştirakçısını 1 nəfərin müşayiət etməsinə icazə verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: