Naxçıvan məktəbliləri arasında keçirilən hekayə və foto müsabiqəsinin qalibləri bəlli oldu - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində 16-31 iyul tarixlərində hekayə müsabiqəsi və Texniki Yaradıcılıq Mərkəzinin təşkil etdiyi “Yurdumuzu tanıyaq və tanıdaq” adlı foto müsabiqə keçirilib. Bu günlərdə isə həmin müsabiqələrin qalibləri elan olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hər iki müsabiqədə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. Müsabiqənin keçirilməsində əsas məqsəd yay tətili ərzində şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etməklə yanaşı, məktəbliləri aktiv yaradıcılıq fəaliyyətinə cəlb etmək, onlarda mütaliə mədəniyyətini, söz ehtiyatını inkişaf etdirmək, estetik zövqlərini və foto sənətinə maraqlarını artırmaqdır. Qeyd edək ki, müsabiqələrdə muxtar respublika məktəblərindən 500-ə yaxın şagird öz hekayə və fotoları ilə iştirak edib.

Yay tətili günlərində şagirdlərin intellektual səviyyələrini yüksəltmək üçün belə müsabiqələrin keçirilməsi davam etdiriləcək.

                                                                                 Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: