“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və riskin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və peşə magistrı hazırlığı" mövzusunda Erasmus + LMQ SANTE layihəsinə start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin də qatıldığı bu layihənin müddəti 3 ildir. Layihənin məqsədi səhiyyə maarifinin yüksəldilməsi, səhiyyə sisteminin inkişafı və ixtisaslı tibbi kadrların hazırlanması, onların tibbi bacarıqlarının inkişaf etdirilməsidir. Layihə təlim-tədris proqramlarını inkişaf etdirmək və təlimdə innovasiyaların tətbiqinə nail olmaq üsullarını qarşısına məqsəd qoyur. Partnyor ölkələrin səhiyyə və təhsil nazirliklərinin dəstəklədiyi layihənin təşəbbüskarı Yunanıstanın Qərbi Attika Universiteti, regional koordinatorı isə Azərbaycan Texniki Universitetidir.
Layihədə Avropa İttifaqından 3, Rusiya Federasiyasından 8, Qazaxıstandan 6 universitet iştirak edir. Həmçinin layihədə ölkəmizdən Seçenov adına Moskva Tibb Universitetinin filialı, Onkologiya mərkəzi təmsil olunur.
Səadət Əliyeva