“Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi-18”

A- A A+

Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bölmənin Elmi Kitabxanasında  qurumun yubileyi ilə əlaqədar təşkil edilən virtual sərgi  belə adlanır.

Sərgidə Naxçıvan Muxtar Respublikasında elmin keçdiyi inkişaf yolunu əks etdirən kitablar nümayiş etdirilir. Həmçinin bölmənin yaradılması ilə bağlı imzalanan rəsmi sənədlər, əməkdaşların müxtəlif elmi nəşrləri, dövri-mətbuat nümunələri oxuculara təqdim olunub.

Bundan əlavə, “Naxçıvan Ensiklоpediyası”, “Naxçıvan abidələri ensiklоpediyası”, “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”,  “Naxçıvan duzdağının qədim duz mədənləri”, “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” və başqa fundamental əsərlər də virtual ziyarətçilərin ixtiyarına verilib.

https://docs.google.com/presentation/d/1sg8baKGLvmSyDMJ6xy9-u8Wy8nc5fiPqKFszoEvIuD4/edit?pli=1#slide=id.p

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: