Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-də və 14-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, qeyd olunan tarixlərdə cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul, I-IV ixtisas qrupları üzrə ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə (Azərbaycan və ya rus dili) imtahanlar keçiriləcək.

I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

İmtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan qrafikə uyğun 2 gün ərzində keçiriləcək. Qrafiklə DİM-in saytında tanış olmaq mümkündür.

Cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunan ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: