Tədris ilinin əvvəlinə Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin sayı 59 olub. Bu təhsil müəssisələrini 56 min tələbə bitirib. Onlardan 51 min 200-ü əyani, 4 min 800-ü qiyabi təhsil alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda uşaqlar” adlı məcmuəsində əks olunub.
Rəsmi nəşrdə bildirilir ki, 2019-2020-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinə 18 min 900 nəfər qəbul olunub. Onlardan 17 min 600 nəfər əyani, 1300 nəfər isə qiyabi təhsil alır.