Təhsil müəssisələrinin açılması ilə bağlı qərarlar qəbul olunarkən onların xüsusiyyətləri nəzərə alınacaq
Təhsil müəssisələrinin müxtəlif təsnifatı var – məktəbəqədər, orta, ali və peşə təhsili. Təhsil müəssisələrinin açılması ilə bağlı qərarlar qəbul olunarkən müəssisələrin xüsusiyyətləri də nəzərə alınacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 15-də keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Təhsil Nazirliyi tərəfindən xüsusi ictimai forum yaradılıb. Bu forum vasitəsilə şagirdlərin, valideynlərin, təhsil ekspertlərinin fikirləri də öyrənilir. Təhsil müəssisələrini açılması ilə bağlı müzakirələrdə bu fikirlər də nəzərə alınacaq.