Dövlət İmtahan Mərkəzi 20 və ya 21 avqust 2020-ci il tarixlərində keçiriləcək imtahanlarda iştirak edən abituriyentlərə müraciət edib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etməlidirlər.
20-21 avqust 2020-ci il tarixlərində:
• cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları;
Abituriyentlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
18 avqust saat 10-a olan məlumata əsasən 5 minə yaxın abituriyent “İmtahana buraxılış vərəqəsi”ni çap etməyib.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahan keçiriləcək yer (bina), imtahanın başlanma saatı, abituriyentin imtahan binasında olma vaxtı və s. zəruri məlumatlar göstərilir.
İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.
“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.