Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası təsdiq edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:
Şuranın sədri:
Möhsün Nağısoylu – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik
Şuranın üzvləri:
Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri
Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru
Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik
Mahirə Hüseynova – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor