Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirəcək

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 8-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirəcək.

DİM-dən NUHÇIXAN-a bildiriblər ki, imtahan Bakı şəhərində iki, Naxçıvan şəhərində bir binada olmaqla saat 11.00-da başlanacaq və iki saat otuz dəqiqə davam edəcək.

İmtahanda iştirak üçün namizədlər şəxsiyyəti təsdiqləyən sənədin əslini, imtahan gününə müvafiq olan “Namizədin imtahana buraxılış vərəqəsini təqdim etməlidirlər:

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri DİM tərəfindən müəyyənləşdirilmiş müsabiqə şərtini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

Məlumat üçün bildiririk ki, 609 namizəd imtahanın ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 408-i qız, 201-i oğlandır.

Namizədlərdən 529-u Azərbaycan bölməsinin, 80-i rus bölməsinin, 329-u cari ilin, 280-i isə əvvəlki illərin məzunudur. Beş nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 589, Naxçıvan şəhərində isə 20 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün altı imtahan rəhbəri, 59 zal nəzarətçisi ayrılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: