Naxçıvanda müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün keçirilən test imtahanları başa çatıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 17-22 avqust tarixlərində Test mərkəzində keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verən  101 nəfərdən 88-i test imtahanında iştirak edib və 84 müəllim keçid balını toplayıb.

 İmtahanlar müəssisələrdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, qiymətləndirilmə aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə aparılıb. Müəssisələrin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınacaq, qiymətləndirilməsi aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılacaq. 

Qeyd edək ki, indiyədək Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün 3 test imtahanı keçirilib, imtahanlarda 587 müəllim iştirak edib və 501 müəllim uğur qazanıb.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: