DİM: Bugünkü imtahanların nəticələri yaxın 3 gün ərzində elan olunacaq

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün keçirilmiş imtahanların nəticələri yaxın 3 gün ərzində elan olunacaq.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə DİM-dən məlumat verilib.

Bildirilib ki, avqustun 28-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.

Xatırladaq ki, avqustun 27-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan, Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı və “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi üzrə test imtahanı keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: