Sentyabrın 15-dən başlayaraq uşaq bağçaları mərhələlərlə fəaliyyətə başlayacaq.
Uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının fəaliyyətinin yalnız “sarı” zonalarda bərpa olunacağı məqsədəuyğun hesab edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 27-də keçirilən brifinqində Təhsil naziri Emin Əmrullayev deyib.