Pandemiya dövründə təhsillə bağlı ictimaiyyət ənənəvi və distant təhsilin hansının yaxşı olması barədə düşünür. Ancaq biz ən uyğun və riskli olmayan təhsil barədə düşünməliyik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu bu gün COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.
E.Əmrullayev bildirib ki, ən səmərəli olan təkliflər əsas götürülməlidir. Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Differensial yanaşma əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir.