Peşə təhsilində bacarıq və təcrübələrin formalaşmasını tələb edən məşğələlər ənənəvi formada keçiləcək
Peşə təhsili müəssisələrində tədris məzmununun məsafədən (“Virtual məktəb” və teledərslər vasitəsilə) çatdırılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.
O bildirib ki, peşə təhsilində bacarıq və təcrübələrin formalaşmasını tələb edən məşğələlər müvafiq şərtlərə əməl edilməklə, ənənəvi formada təhsil müəssisələrində keçiləcək.