Xüsusi karantin rejimi dövründə Təhsil Nazirliyi tərəfindən teledərslər və "Virtual məktəb" layihələri davam etdiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.
O bildirib ki, bəzi valideynlər uşaqlarını məktəblərə göndərmək istəmirlər. Bu valideynlərlə xüsusi razılaşma əldə olunacaq. Məktəbə gəlməyən şagirdlər valideynlərin nəzarəti ilə teledərsləri izləyəcəklər və “Virtual məktəb”də tədrisə qoşulacaqlar.