Xarici müəllimlərin ölkəyə gəlməsi üçün Operativ Qərargaha və Təhsil Nazirliyinə müraciət edilməlidir
Özəl təhsil müəssisələrində dərs deyən xarici müəllimlərin ölkəyə gəlməsi üçün Operativ Qərargaha və Təhsil Nazirliyinə müraciət edilməlidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.
O bildirib ki, özəl təhsil müəssisələri bu müəllimlərin ölkəyə gəlmələri üçün müraciət edərkən zəruri səbəbləri aydın şəkildə göstərməlidirlər.