Uşaqların COVID-19 yoluxma faizi çox aşağıdır. Ona görə də uşaqların maska taxması məsələsində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl olunmalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. O bildirib ki, yaşı 12-dən aşağı uşaqların maska taxması barədə qərarı valideyn verir. 12 yaşdan yuxarı uşaqlar üçün isə maska taxmaq tövsiyə olunur.