Təhsil naziri 60 yaşdan yuxarı müəllimlərin dərs yükü məsələsinə aydınlıq gətirib

A- A A+

60-65 yaş arasında olan müəllimlərin dərs yükünün dəyişməsindən söz gedə bilməz. 

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu yeni tədris ilinin açılmasına həsr olunan mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib. 

Onun sözlərinə görə, həmin müəllimlərin dərs yükü müvafiq qaydada qalacaq, yəni onların yaşına görə dərs yükünün müəyyənləşdirilməsi meyarı yoxdur: “60 yaşdan yuxarı olan müəllimlərin sayı cəmi 12 faiz təşkil edir. Düşünmürəm ki, həmin müəllimlərin əvəz edilməsi ilə bağlı ciddi problem olsun. Onların dərs yükü dəyişməyəcək və əmək haqları da müvafiq qaydada qalacaq”. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: