Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi yeni qaydalarla 2020-ci il noyabrın 2-dək davam edəcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" qərarda göstərilib.
Noyabrın 2-dən sonra tədrisin təşkili ilə bağlı yeni qərar olacaq. Bu, ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq.