2020/2021-ci tədris ilində ümumi təhsil müəssisələrində ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə dərslər sentyabrın 15-dən başlanacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarında öz əksini tapıb.