2020/2021-ci tədris ilində ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə dərslər oktyabrın 1-dən keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarında öz əksini tapıb.
Qərara əsasən ümumi təhsilin tam orta təhsili səviyyəsi üzrə - 10-cu və 11-ci siniflərdə dərslər isə oktyabrın 15-dən başlanacaq.