Məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvlərinin muzeylərə onlayn ekskursiyası - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvləri və rəhbərləri Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiya ediblər.
Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkil etdikləri tədbirin əsas məqsədi şagirdlərin yay tətili günlərini səmərəli keçirmək və muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılan maddi-mədəniyyət, tətbiqi sənət nümunələri, xalça məmulatları, qiymətli metaldan hazırlanan zinət əşyaları ilə tanış etməkdir.
Qeyd edək ki, ekskursiyaya Heydər Əliyev Uşaq-Gənclər Yaradıclıq, Turist Diyarşünaslıq, Texniki Yaradıcılıq və Ekoloji Tərbiyə mərkəzlərinin 40-dan çox dərnək üzvü qoşulub.
Nurlana Əhmədova