Yeni tədris ilində yeni formatda “Dərs vaxtı”

A- A A+

Sentyabrın 1-dən “Mədəniyyət” telekanalında “Dərs vaxtı” proqramının yayımına start verilir.

Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, həftənin beş günü tarixdən riyaziyyata, ədəbiyyatdan kimyayadək məktəbdə keçirilən bütün fənlərin televersiyası nümayiş olunacaq. Teledərslər yeni studiyada, təcrübəli müəllimlərin izahı ilə təqdim ediləcək. Hər günə dair dərs cədvəlləri şagirdlərlə əvvəlcədən paylaşılacaq.

Teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından, eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: