2020-2021-ci tədris ili üzrə geri yığılan, eləcə də yeni çap edilən dərsliklərin məktəblərə və şagirdlərə çatdırılmasına artıq başlanılıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, prosesin əsasən sentyabrın 4-dək həyata keçirilməsi, sentyabrın 15-nə kimi isə tam yekunlaşması nəzərdə tutulur.
Yerlərdə şagirdlərin dərslik təminatı prosesinin bütün təhlükəsizlik və sanitar-epidemioloji normalara, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edilməklə həyata keçirilməsinə, prosesdə iştirak edən hər iki tərəfin yüksək məsuliyyət nümayiş etdirməsinə dair müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, 2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə kağız dərslik və metodik vəsait çap edilib.