Ümumtəhsil müəssisələrinin informasiya sistemi üzrə onlayn seminar keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Şəhər və Rayon Təhsil şöbələrinin baş məsləhətçiləri və təhsil müəssisələrinin Təhsilin idarəolunmasının məlumat sistemi üzrə əlaqələndiricilərinin iştirakı ilə onlayn seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, seminarın keçirilməsində əsas məqsəd Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) haqqında məlumatların müntəzəm yenilənməsi prosesində əlaqələndirici kadrların peşəkarlıq səviyyəsinin artırılmasıdır.

Vurğulanıb ki, muxtar respublika üzrə təhsil müəssisələrinin şagird və müəllim heyəti haqqında bütün məlumatların ümumiləşdirilməsi və saxlanılması məqsədilə UTİS proqramı tətbiq olunur.

Ötən tədris ilindən Dövlət İmtahan Mərkəzinin “Şagird-məzun” sistemi  ilə inteqrasiyası nəticəsində məzunlar haqqında məlumatlar avtomatik olaraq UTİS sisteminə köçürüldüyündən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan məzunların sistemə işlənməsi qaydası sadələşdirilib.

Seminarın sonunda iştirakçılara “Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi” təlimatı elektron formada paylanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: