İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləği müəyyənləşib

A- A A+

Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normaları təsdiq edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin qərarını imzalayıb.

Qərara əsasən, Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində müəyyənləşib. Aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.

Eyni zamanda, “Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların xüsusi geyim forması ilə təmin olunması normaları” da təsdiq edilib.

Müəyyən edilib ki, bu xərclər dövlət büdcəsində publik hüquqi şəxslər üçün nəzərdə tutulan vəsaitin bölgüsündə Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: