Təsviri sənət istiqamətinə aid bir neçə qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyatdan keçənlərin nəzərinə
Abituriyentin-subbakalavrın qrafika (11), rəngkarlıq (10) komissiyalarının hər hansı biri üzrə rəsm və rəngkarlıq fənlərindən aldığı müsbət qiymət digər komissiyanın və dekorativ sənət (15) komissiyasının həmin fənlər üzrə imtahanına şamil olunur.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentin-subbakalavrın dizayn (14) və heykəltəraşlıq (12) komissiyalarının rəsm imtahanından aldığı müsbət qiymət dekorativ sənət (15) komissiyasının bu fənn üzrə imtahanına şamil olunur.