Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təmin ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı bəzi məsələlər barədə” qərarında öz əksini tapıb.
Qərara əsasən təhsil müəssisələri mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun fəaliyyət göstərəcək.