Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən təşkil olunan müzakirə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabından “İki bacının söhbəti” və “Analar bəzəyi” hekayələri ətrafında olub.
Kitabxananın elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova qeyd edib ki, Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutan M.T.Sidqinin çoxcəhətli fəaliyyəti maarifçi ədəbi-ictimai mühitin inkişafı tarixində xüsusi mərhələ təşkil edir.
Çıxış edənlər hər iki hekayənin məzmunu, tərbiyəvi əhəmiyyəti haqqında oxuculara məlumat veriblər.
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.