“Ümummilli lider Heydər Əliyev və ordu quruculuğu” mövzusunda açıq dərs keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Muzeyində baş tutan dərsdə muzeyin direktoru Ramil Orucəliyev hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin hərbi quruculuq sahəsində gördüyü işlərdən danışıb. Bildirib ki, Cəmşid Naxçıvanskinin adını daşıyan ixtisaslaşdırılmış hərbi məktəbin yaradılması, minlərlə gəncin ölkənin qabaqcıl ali hərbi məktəblərinə göndərilməsi, xalqımızın qəhrəmanlıq ənənələrinin təbliği bu gün öz tarixi təsdiqini tapır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.
Sonda gənclər muzeyin ekspozisiyası ilə tanış olublar. Dahi şəxsiyyətin fəaliyyət dövrünə aid fotolar, yaradıcılığı ilə bağlı sənədlər və ümummilli liderə həsr olunan kitablar gənclər tərəfindən maraqla izlənilib.
Qeyd edək ki, açıq dərs Mədəniyyət Nazirliyi təşkilatçılığı ilə Gənclər Təşkilatının üzvləri üçün təşkil olunub.
Mahmud Hüseynov