“Vikipediya”nın ərəb dili bölməsində Mirzə Ələkbər Sabir haqqında məqalə yaradılıb - FOTOLAR

A- A A+

“Vikipediya”nın ərəb dilli bölməsində dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı haqqında məqalə yerləşdirilib. Məqalədə dahi şairin keşməkeşli həyatı və zəngin irsi barədə ətraflı məlumat verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə məqalənin müəllifi, Əbu-Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasının müəllimi, şərqşünas-tədqiqatçı Şəhrizad Süleyman məlumat verib. O bildirib ki, məqalədə Sabirin Şərq ölkələrinə səfərləri, görkəmli şəxsiyyətlərlə görüşləri, müəllimlik fəaliyyəti, “Molla Nəsrəddin” jurnalında ən sevilən müəlliflərdən biri olması haqqında məlumat, habelə “Tömeyi-nahar” satirik şeirinin ərəb dilində tərcüməsi yer alıb.

Şəhrizad Süleyman Azərbaycanın digər şair və yazıçıları haqqında da ərəb dilində məqalələr hazırladığını söyləyib. Bildirib ki, bu məqalələr yaxın zamanda “Vikipediya”nın ərəb dili bölməsində yerləşdiriləcək.

Mirzə Ələkbər Sabir haqqında məqalə ilə daha ətraflı linkdə tanış olmaq mümkündür.

Məqalə “Vikipediya”ya tədqiqatçı, fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikov tərəfindən yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: