39 əlyazma və kitab Əlyazmalar Fonduna hədiyyə olundu - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 39 əlyazma və kitab AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunub.

Kitabların  təqdimat mərasimində  AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Bölməyə növbəti dəfə hədiyyə edilən kitab, jurnal və dərsliklər əski əlifba ilə olmaqla Azərbaycan, ərəb və fars dillərindədir. Bu kitablar  Əlyazmalar Fondu tərəfindən  bərpa olunaraq qorunub saxlanılacaq və tədqiq olunacaq.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, AMEA Naxçıvan Bölməsinə hədiyyə edilən əlyazma və kitablar qədim diyarımızın tarixinin, zəngin mədəniyyətimizin elmi şəkildə və əhatəli formada öyrənilməsində, eyni zamanda, təbliğində rol oynayacaq.

Natəvan Qədimova Mədəniyyət Nazirliyi adından qədim əlyazma və kitabları təqdim edən Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevə təşəkkürünü bildirib.

Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov təqdim olunan kitablar haqqında ətraflı məlumat verib.

Sonda hədiyyə edilən kitablara baxış olub.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: