AMEA Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq tədbirdə məruzə edib

A- A A+

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, Əlyazmalar Fondunun elmi işçisi Kübra Vəliyeva II Beynəlxalq Filoloji Tədqiqatlar Konqresində iştirak edib. Türkiyə Cümhuriyyətinin Bandırma Onyedi Eylül Universitetində Trakya Universitetlər Birliyinin təşkilatçılığı ilə onlayn keçirilən və üç gün davam edən tədbirdə Kübra Vəliyeva “Azərbaycan və ərəb dillərində ürək-damar sistemi tibbi terminlərinin leksik-semantik xüsusiyyətləri” mövzusunda məruzə edib.

Azərbaycanlı və ərəb tibb xadimlərinin dünya elminə verdikləri töhfələr, ürək-damar sistemi ilə əlaqəli latın, yunan mənşəli terminlərlə yanaşı, hər iki dilin milli tibbi terminləri, onların leksik, semantik və morfoloji xüsusiyyətləri haqqında məlumat verən Kübra Vəliyevanın çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında ciddi müzakirələr aparılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: